İnsanların meymunçiçəyi xəstəliyini bir-birinə yoluxdurması mümkündür. Bu barədə məlumatı mayın 27-də TƏBİB-in nümayəndəsi Nəzrin Mustafayevaya istinadən APA yayıb.
Onun sözlərinə əsasən, xəstə insanla təmas vasitəsilə də bu xəstəliyə yoluxma qeydə alına bilər.
O, həmçinin bu xəstəliyin əlamətlərindən də danışıb: “Yüksək qızdırma, boyun, baş, əzələ ağrıları və s. əlamətlər ola bilər. Xarakterik əlamət isə ondan ibarətdir ki, qızdırma başlayandan 3 gün ərzində dəridə səpgilər yaranır”.
Qeyd edək ki, daha öncə Səhiyyə Nazirliyindən açıqlama verilmişdir ki, Azərbaycanda bu günədək meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınmayıb.