İyunun 13-də saat 11:00-dan 2022-2023-cü il üzrə tədrisi digər dildə aparılan I siniflər üçün məktəb seçiminə start veriləcək. Bu barədə iyunun 7-də Təhsil Nazirliyi məlumat verib.
Həmin tarixdən rus bölməsi üzrə I siniflərə qəbul müsabiqə yolu ilə aparılan məktəblərə də müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə başlanılacaq. Müsabiqəyə iyunun 20-si saat 18:00-dək yazılmaq mümkün olacaq. 21-30 iyul tarixləri aralığında müsabiqələrin keçirilməsi gözlənilir.
İyulun 5-i saat 11:00-da isə I sinfə qəbul üzrə müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi prosesinə start veriləcək.