“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” Startap Sammitinin qalibləri məlum olub. Bu barədə 28 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, 1-ci yeri ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yeri Azərbaycanın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yeri Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) tutub.
Qeyd edək ki, finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.