Abşeron rayonu, Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edən Elbrus Məhərrəmlinin məhkəməsi başlayır. Bu barədə martın 12-də Report məlumat yayıb.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib.
Zərərçəkən sürücü bildirib ki, bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə xəsarətlər yetirib və onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı “quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə” maddəsilə cinayət işi başlanılıb.