Bədii gimnastika üzrə Azərbaycan milli komandasının iştirakçıları İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında finala çıxıblar. Bu haqda iyunun16-da Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Gənclər arasında çıxış edən Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəliblər.
Yarış iyunun 19-dək davam edəcək.