Bu gün, iyunun 4-də Abşeron rayonu Saray qəsəbəsində sakinlərin həyətinə daxil olan ayı balası müvafiq dövlət orqanına təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bəstəkar-müğənni Murad Arif sosial şəbəkə hesabında bağ evinin həyətində ayı balasının olması barədə paylaşım edib.
Hadisə yerinə polis əməkdaşları yollanıb və ayı balasını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.
[playlist type="video" tracklist="false" ids="51607"]