Tərtərdə qətl törətməkdə təqsirləndirilən şəxsin işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə mayın 25-də Report xəbər paylaşıb.
Hadisə cari ilin fevral ayında baş verib. 2004-cü il təvəllüdlü şəxs aralarında yaranmış münaqişə zamanı 2001-ci il təvəllüdlü tanışını bıçaqlayaraq öldürüb.
Şübhəli saxlanılıb və onun haqqında “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.