Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 9 iyul tarixində xəbər verir.
Hadisə iyulun 7-si axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 34 yaşlı Ağdam rayon sakini Elvin Hüseynov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin olan 1988-ci il təvəllüdlü Ağdam rayon sakini Aslanov Rövşən Səhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin - Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.