Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub. Bu barədə 8 iyun tarixindəTrend məlumat verib.
Məlumata əsasən, qadağa ilə bağlı foto sosial şəbəkələrdə yayılıb. “İctimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır!”, - fotoda bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, bu, sadəcə cəmiyyətdəki etik qaydalara uyğun olaraq verilən bir qərardır: “Təhsil müəssisələrinin daxili nizam-intizam qaydaları var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır”.