top
TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edir
05 may 2025, 03:40
- ↺ +

TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

TikTok Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir.

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi dəyərli hədiyyələr – iPhone 16 Pro smartfonları qazanacaq.

TikTok platforması böyük və daim artmaqda olan maarifləndirici kontent müəlliflərini bir araya gətirir. Belə ki, ötən il platforma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkədə maarifləndirici kontentin inkişafına yönəlmiş #TikTokdanÖyrən təşəbbüsünü başladıb. Layihə çərçivəsində istifadəçilər tərəfindən təxminən 22 min maarifləndirici video çəkilərək paylaşılıb.

Platforma bütün dünyada, xüsusilə müəllimlər arasında geniş populyarlıq qazanır, çünki onlar burada öz fənlərini geniş auditoriyaya maraqlı şəkildə təqdim etmək imkanı əldə edirlər. TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan verəcək. TikTok-da fəaliyyətə yeni başlayan müəllimlər üçün isə platformanın imkanları ilə tanış olmaq və izləyicilərin diqqətini çəkəcək videolar yaratmağı öyrənmək məqsədilə xüsusi təlim vebinarı keçirilib.

Müsabiqədə iştirak üçün artıq TikTok-da kontent yaradan və ya platformada hesab açmağa hazır olan məktəb müəllimləri, ali məktəb və kollec müəllimləri dəvət olunur.

5 maydan 1 iyuna qədər müəllimlərdən tədris etdikləri fənn üzrə mövzu ilə bağlı maarifləndirici videolar paylaşmaları xahiş olunacaq.
Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir.
Müsabiqənin şərtlərinə uyğun maarifləndirici videoları ilə ən çox izlənmə sayı qazanan müəllimlər qalib seçiləcəklər. Onlara daha keyfiyyətli və peşəkar məzmun yaratmaqda dəstək olmaq üçün iPhone 16 Pro smartfonları hədiyyə olunacaq.

“Biz, Azərbaycanda TikTok istifadəçiləri arasında maarifləndirici kontentə olan marağın davamlı olaraq artdığını görürük. Eyni zamanda, ölkədə artıq TikTok-u mənimsəyən bir çox istedadlı müəllimlər olduğunu müşahidə edirik və əminik ki, burada hələ də platformada inkişaf etmək üçün böyük potensiala sahib çoxlu müəllimlər var. Biz #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəni təşkil edirik ki, müəllimlər öz istedadlarını ortaya qoysun və biliklərini geniş auditoriya ilə paylaşmağa başlasınlar. Əminik ki, yerli icmamız bu yeni təşəbbüsdə fəal iştirak edəcək və TikTok-da daha çox keyfiyyətli, faydalı kontent yaranacaq”, – deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri Melis Çağlar şərh edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər