Göygöl rayon Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunelin tikintisi davam etdirilir. Bunu 7 dekabr tarixində Real TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi Hidayət Rüstəmov deyib.
“Uzunluğu 11,5 kilometr olan tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir”, - deyə qurumun əməkdaşı qeyd edib.
Onun sözlərinə görə, tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçın rayonunda inşa ediləcək hava limanına qədər yol tikiləcək.