Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Bu haqda Prezident İlham Əliyev iyunun 14-də Sərəncam imzalayıb.
Həmçinin T.Mirzəyev kinematoqrafiyanın inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.