2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixrac etdiyi neftin 73%-i beş ölkənin payına düşüb. Bu barədə məlumat iyunun 16-da Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatda deyilir.
TOP 5-ə daxil olan ölkələr İtaliya, İsrail, Hindistan, Böyük Britaniya, Portuqaliya olub. Bu beş ölkəyə ixrac olunan neftdən 5,8 milyard dollardan çox gəlir əldə edilib.
Ümumilikdə hesabat dövründə Azərbaycan 22 ölkəyə 8 milyard dollarlıq neft satıb.
[gallery link="file" columns="1" size="full" ids="54294"]