Cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixrac etdiyi məhsullar pambıq, karbamid, pomidor, metanol və meşə fındığı olub. Bu haqda mayın 31-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda məlumat verilib.
Bu məhsulların ixracından ölkəmiz ümumilikdə 327 milyon dollardan çox gəlir əldə edib.
Belə ki, pambığın ixracı 102,5, karbamidin ixracı 68,2, pomidorun ixracı 58,2, metanolun ixracı 50,6, meşə fındığının ixracı isə 47,9 milyon dollar təşkil edib.
2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 12 milyard dollara yaxın olub ki, onun da 965 milyon dolları qeyri-neft ixracının payına düşüb.