Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə 25 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb. Müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Həmçinin istehsal edilən çörəyin qablaşdırılmasında çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsalçı adı, ünvanı, istehsal tarixi, istifadə müddəti barədə məlumatların qeyd edilmədiyi məlum olub.
Sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
[gallery columns="2" link="file" size="full" ids="132515,132516"]