Bu il “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarında 7 595 hektar sahədə buğda əkilib. Bu barədə 28 iyun tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, 834,7 hektarda arpa, 1 039 hektarda şəkər çuğunduru, 295,6 hektarda yonca, 147 hektarda erkən qarğıdalı, 130,6 hektarda isə soya əkilib. Hazırda aqroparklarda arpa biçini aparılır.
Qeyd edək ki, həmin aqroparklara indiyədək 182,6 milyon manatdan çox investisiya yatırılıb.