Tovuzda atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda mayın 18-də APA məlumat yayıb.
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İnsident bu il fevralın 14-də Hunanlar kəndində baş verib. Sözügedən şəxs odlu silahdan açdığı atəşlə 75 yaşlı atasını öldürüb. O, şübhəli şəxs qismində saxlanılmışdır.
Faktla əlaqədar “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.