Tovuz şəhərində fərdi evə ildırım düşüb, evin dam örtüyündə yanğın olub. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Tovuz şəhər Eldəniz Quliyev küçəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Tovuz rayon sakininə məxsus 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi evə düşən ildırım nəticəsində evin dam örtüyündə yanğın baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.