Tovuz rayonunun Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Bu barədə iyunun 28-də “Azərişıq” ASC məlumat yayıb.
Ümumilikdə 178 abonenti olan kəndlərdə yeni transformator məntəqələri quraşdırılacaq, elektrik sayğacları yenisi ilə əvəz olunacaq. Bununla yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır.
4 kənddə yenidənqurma yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Qeyd olunub ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.