Paytaxtın Binəqədi rayonunda iyunun 7-si saat 16:00 radələrində toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar. Bu barədə iyunun 9-da APA məlumat paylaşıb.
“VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobilin sürücüləri, İmişli rayon və Abşeron rayon sakinləri saxlanılıb. Onlar barəsində protokol tərtib olunub.
Saxlanılan şəxslər 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüquqları məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.
Faktla bağlı araşdırma davam edir.