Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 4 oktyabr tarixində APA məlumat verib.
Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsinin Deputat küçəsində qeydə alınıb.
Elşən Mehdizadə idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən Polad Əliyevi vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.