2022-ci ilin ilk 4 ayı ərzində Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 15,1 milyon ton yük daşınıb. Bu barədə 30 iyun tarixində Dövlət Statistika Komitəsinə istinadən Azərtac məlumat yayıb.
Məlumata əsasən, yüklərin 8,3 milyon tonu və ya 55,3%-i avtomobil nəqliyyatı, 4,9 milyon tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı, 1,8 milyon tonu və ya 12%-i isə dəniz nəqliyyatı ilə daşınıb. Daşınmış yüklərin 25,5%-ini tranzit yüklər təşkil edib.
TRACECA layihəsi 1993-cü ildə qəbul edilib. Hazırda proqrama 12 ölkə və Avropa İttifaqı ölkələri qoşulub.