Fransa Senatı ölkəmizə qarşı tətbiq etmək istədiyi sanksiyalara qarşı 10 vətənpərvər tərəfindən Mesopinions.com saytında petisiya yerləşdirilib. Cəmi on gün ərzində toplanan imzaların sayı artıq 18 mini keçib.
Səsimizi dünya ictimaiyyətinə eşitdirmək üçün Azərbaycan xalqı adından ünvanlanan bu çağırışa türk Telegram kanalları da dəstək göstəriblər.
Ölkəmizin müdafiəsinə laqeyd qalmayanlar sırasında “Atatürkçü Medya”, “Mütevellit”, “Günlük Haber”, “Siyah Ordu” Telegram kanalları yer alıblar.
Türk qardaşlarımıza və bütün vətəndaşlarımıza bu təşəbbüsə dəstək olduqlarına görə dərin minnətdarlığımızı bildiririk!
Petisiyanın azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın TÜRK dilində imzalanma qaydası
Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq
View this post on Instagram