Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib. Bu barədə 5 sentyabr tarixində Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
General Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb.