Tehran Türkiyə-İran-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli toplantısına ev sahibliyi edəcək. Bu barədə iyunun 28-də Report Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğluya istinadən xəbər verib.
Məlumata görə, görüş cari ildə baş tutacaq.
“Tehran-Bakı-Ankara görüşü gündəmimizdə olan ən vacib məsələlərdən biridir”, - deyə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian vurğulayıb.