"Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir". Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bu barədə 21 sentyabr tarixində Report məlumat verir.
Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq, Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.
Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.