Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. Bu barədə 20 oktyabr tarixində Report məlumat verib.
Türkiyə lideri bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.
Qeyd edək ki, Türkiyə lideri oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.