Bu gün, iyunun 30-da Türkiyədə yanğınların söndürülməsində iştirak edən Azərbaycan təyyarəsi ölkəyə qayıdıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Türkiyədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi üçün göndərilmiş “BE-200ÇS” amfibiya tipli təyyarə Azərbaycana geri qayıdıb.
Qeyd edək ki, qonşu ölkədəki meşə yanğınları tam söndürülüb.