Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Binəli Yıldırım oktyabrın 20-də Zəngilan aeroportu yolunda qəzaya uğrayıb. Bu barədə o, Twitter-də paylaşım edib.
Hadisə zamanı Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrım xəsarət alıblar. Hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.
Hazırda onların və sürücünün səhhətləri normaldır.