Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi təxribatları və terror aktlarını pisləyib.
Bu barədə Report 21 sentyabr tarixində xəbər verib.
Türkdilli Dövlətlərin Parlament Assambleyası Katibliyinin bəyanatında Azərbaycanın Qarabağ bölgəsində törədilmiş təxribatların və terror aktlarının mülki əhalinin və hərbçilərinin ölümünə səbəb olmasına təəssüf hissi ifadə olunur.
TÜRKPA Katibliyi keçirilən yerli antiterror tədbirlərinin regionda sülh və təhlükəsizliyinin təmin olunacağına qəti əminliyini ifadə edib və şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.