Dünən, iyunun 17-də qadın güləşi üzrə U-17 Avropa çempionatına yekun vurulub. Yarışların son günündə daha bir Azərbaycan təmsilçisi medal əldə edib.
Təsəlliverici görüşdə ispan idmançıya 6:0 hesabı ilə qalib gələn Aysel Məmməzadə (46 kq) daha sonra norveçli idmançıya qalib gələrək bürünc medala sahib çıxıb. Beləliklə, qadın güləşi üzrə yığmamız 66 xalla komanda hesabında Avropada 5-ci olub.
Xatırladaq ki, bundan öncə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) isə gümüş medal qazanıb.