Dünən, iyulun 3-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən U-20 Avropa çempionatına yekun vurulub. Yarışların son günündə Azərbaycan idmançıları daha 2 medal qazanıb.
Sərbəst güləşçimiz Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Ramik Heybətov (61 kq) isə bürünc medala layiq görülüb. Qeyd edək ki, bu Cəbrayılın ardıcıl ikinci çempionluğudur.
Beləliklə, sərbəst güləş üzrə yığmamız qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.