Dünən, iyunun 28-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən yunan-Roma güləşi üzrə U-20 Avropa çempionatında iki Azərbaycan güləşçisi qızıl medal qazanıb.
Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adını qazanıblar. Bu gün daha 4 idmançımız medal qazana bilər. Belə ki, Qurban Qurbanov (72 kq) finala, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) bürünc medal görüşünə, Rauf Əliyev (82 kq) isə təsəlliverici görüşə çıxacaqlar.
Qeyd edək ki, qitə çempionatı 3 iyul tarixinədək davam edəcək.