Dekabrın 8-də Nazirlər Kabineti “At sərgilərinin təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edib. Qərara əsasən, at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır. Bu barədə APA dekabrın 8-də məlumat verib.
Hər il cıdır meydanlarında keçirilən sərgilərdə atçılıqla məşğul olan bütün hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Nümayiş etdirilən atın şəhadətnaməsi, baytarlıq sənədi, şəkli və digər sənədləri əvvəlcədən təqdim edilməlidir.