Hadisə dekabrın 9-da səhər saat 9 radələrində baş verib.
Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olublar.
***
12:55
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb. Bu barədə dekabrın 9-da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub. Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Əlavə məlumat veriləcək.