Ucarda yük qatarı piyadanı vuraraq öldürüb. Bu barədə iyunun 21-də APA məlumat yayıb.
Hadisə Böyük Kəsik-Bakı dəmir yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Ağır xəsarət alan, hələlik şəxsiyyəti məlum olmayan 25-30 yaşlı kişi hadisə yerində ölüb.
Maşinistin sözlərinə görə, qatarın qarşısına çıxan kişi siqnala məhəl qoymayaraq dəmir yolundan çıxmayıb.
Faktla bağlı araşdırma aparılır.