Ucar rayonunda 28,5 kilometr uzunluğa malik olan Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolu asfaltlanır. Bu barədə 14 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Adıçəkilən yol 30 minə yaxın əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.
Qeyd olunub ki, 2021-ci ildə sözügedən yolun 4.55 kilometr hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb.