UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Lex” - “Qarabağ” oyunu 5 iyul tarixində baş tutacaq.
Matç Poznandakı eyniadlı arenada Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Cavab qarşılaşması 1 həftə sonra, iyulun 12-də Tofiq Bəhramov adına stadionda keçiriləcək. Qiyməti 5 - 50 manat arasında olan biletləri iticket.az saytı vasitəsilə əldə etmək olar.