Bu gündən, iyunun 27-dən “Qarabağ” - “Lex” (Polşa) oyununun biletləri satışa çıxarılır.
Biletlərin qiyməti 5-50 manat arasındadır.
Biletləri onlayn qaydada iticket.az saytı vasitəsilə və ya iticket.az-ın satış məntəqələrindən 11:00-dan 20:00-dək əldə etmək olar.
Trend-in verdiyi məlumata əsasən, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər günlərdə isə satış 10:00-dan 20:00-dək davam edəcək.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək görüş iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.