Bu gün, iyunun 13-də UEFA Millətlər Liqasının növbəti turunun oyunları keçiriləcək. Azərbaycan yığması “Dalğa Arena”da Belarusu qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi yunanıstanlı Anastasios Papapetru olacaq. Qrupun digər oyununda Qazaxıstan Slovakiyanı qəbul edəcək.
Qeyd edək ki, ilk 3 turdan sonra Canni De Byazinin yetirmələrinin hesabında 1 xal var. Qazaxıstan yığması 7 xalla qrupun lideridir.