Dünən, iyunun 13-də UEFA Millətlər Liqasının 4-cü turunun oyunları keçirilib. Azərbaycan millisi Belarus yığmasına 2:0 hesabı ilə qalib gələrək turnirdə ilk qələbəsini qazanıb.
Qarşılaşmanın 76-cı dəqiqəsində Mahir Emreli dəqiq zərbə ilə hesabı açıb. Oyuna artırılmış dəqiqələrdə isə Emrelinin ötürməsindən sonra Ramil Şeydayev oyunda son nöqtəni qoyub. Beləliklə, 4 turdan sonra 4 xal yığan yığmamız qrupda üçüncü yerdədir. Qrupun digər oyununda Qazaxıstan yığması öz meydanında Slovakiyanı məğlub edib və 10 xalla qrupun lideridir.
Qeyd edək ki, turnirin növbəti oyunları sentyabr ayında keçiriləcək. İlk oyunda Azərbaycan Slovakiyanın qonağı olacaq. İkinci oyunda isə yığmamız Qazaxıstanı qəbul edəcək.
[playlist type="video" tracklist="false" ids="53375"]