Bu gün, iyunun 3-də UEFA Millətlər Liqasının növbəti mövsümündə Azərbaycan yığması ilk oyununu keçirəcək. Futbolçularımız səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin “Astana Arena” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşün baş hakimi macarıstanlı İştvan Vad olacaq.
Qeyd edək ki, Canni De Byazinin yetirmələri turnirin C liqasının 3-cü qrupunda yer alıb. Qrupun digər oyununda Belarus Serbiyada Slovakiyanı qəbul edəcək.