Bu gün, iyunun 10-da UEFA Millətlər Liqasının 3-cü turunun oyunları keçiriləcək. Azərbaycan milli komandası Bakıda Slovakiyanı qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi litvalı Donatas Rumsas olacaq. Qrupun digər oyununda Belarus Serbiyada Qazaxıstanı qəbul edəcək.
Qeyd edək ki, ilk 2 turdan sonra milli komandanın hesabında 1 xal var. İlk turda Qazaxıstana 0:2 hesabı ilə məğlub olan yığmamız 2-ci turda Belarus komandası ilə qolsuz heç-heçə edib.