Dünən, iyunun 6-da UEFA Millətlər Liqasının 2-ci turunun oyunları keçirilib. Azərbaycan səfərdə Belarus yığması ilə qolsuz heç-heçə edib.
Oyun neytral meydanda - Serbiyanın Novi Sad şəhərində keçirilib. Qarşılaşma Canni De Byazinin yetirmələrinin üstünlüyü ilə keçsə də, qapılara qol vurulmayıb. Oyunun 84-cü dəqiqəsində yığmamızın müdafiəçisi Qismət Alıyev qırmızı vərəqə alaraq meydandan qovulub. Qrupun digər oyununda Qazaxıstan səfərdə Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, növbəti oyununu iyunun 10-da Azərbaycan yığması evdə Slovakiyaya qarşı keçirəcək. Oyun “Dalğa Arena”da keçiriləcək.