Bu gün, iyunun 6-da UEFA Millətlər Liqasının növbəti turunun oyunları keçiriləcək. Azərbaycan yığması səfərdə Belarusa qarşı oynayacaq.
Oyun Serbiyanın Novi Sad şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunun baş hakimi isveçrəli Məhəmməd-Əl Hakim olacaq. Qrupun digər oyununda Slovakiya Qazaxıstanı qəbul edəcək.
Qeyd edək ki, turnirin ilk turunda Azərbaycan yığması səfərdə Qazaxıstan yığma komandasına 0:2 hesabı ilə məğlub olub.