UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya və Azərbaycan - Belarus oyunlarının biletləri satışa çıxarılıb. Bu haqda mayın 10-da AFFA məlumat yayıb.
Biletlərin qiyməti 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır:
[gallery link="file" columns="1" size="full" ids="47469"]
Qeyd edək ki, futbol üzrə yığmamız iyunun 10-da "Dalğa Arena"da Slovakiyanı, 3 gün sonra isə eyni məkanda Belarusu qəbul edəcək. Hər iki matç saat 20:00-da başlayacaq.