Ukraynada azərbaycanlı zabit yaralanıb. Bu haqda mayın 7-də Baku TV məlumat yayıb.
Həmin ölkənin ordusunun baş leytenantı Əliyev Ruslan Müslim oğlu Donbas istiqamətində xəsarət alıb. O, hazırda Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.
Qeyd edilib ki, əslən Ağdam rayonundan olan soydaşımız Ukrayna vətəndaşıdır.