Ukraynada 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb. Bu barədə martın 12-də Report məlumat yayıb.
Məlumata görə, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri: əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur snayperdən baş nahiyəsinə açılan atəş nəticəsində həlak olub, Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif isə ağır yaralanıb.
Onların hər ikisi Ukrayna vətəndaşlarıdır. Yaralı həmvətənimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.