Ukraynada baş vermiş toqquşmalar zamanı yaralanan Azərbaycan vətəndaşı Samir Tahirov yaxın vaxtlarda Vətənə qayıdacaq. Bu haqda iyunun 29-da Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası məlumat yayıb.
Sürücü olan soydaşımız 28 fevral tarixində Xarkovda güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilərək iki dəfə əməliyyat olunub. Buna baxmayaraq, yaralının vəziyyəti kritik ağır kimi qiymətləndirilib.
Daha sonra həmyerlimiz Moldovaya, oradan isə Türkiyənin Ankara şəhərinə təxliyə olunub. Hazırda onun səhhətində irəliləyiş müşahidə edilir. Son həkim komissiyasının qərarından sonra Samir Tahirovun ölkəyə göndərilməsi gözlənilir.