Ukraynanın Xerson vilayətindən mayın 6-da 9 nəfər azərbaycanlı təxliyə olunub. Bu barədə Report xəbər paylaşıb.
Onlar öncə Moskvaya, oradan isə Bakıya gətiriliblər. Təxliyə olunanlardan 2 nəfər Ukrayna, 7 nəfər isə Azərbaycan vətəndaşıdır.
Daha öncə, martın 18-də Ukraynanın Xerson vilayətindən 9 azərbaycanlı Moskva vasitəsi ilə ölkəmizə təxliyə olunmuşdur.